Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə “Heydər Əliyev İli“ çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib

22 noyabr 2023 | 11:33

Müasir, müstəqil, demokratik Azərbaycan dövlətinin memarı, Yeni Azərbaycan Partiyasıının yaradıcısı və qurucusu Ümummilli Lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, ekologiyanın qorunmasına, yeni - yeni yaşıllıqların və parkların salınmasına xüsusi diqqət yetirib. Bu gün bütün sahələrdə olduğu kimi, bu sahədə də Ulu Öndərin ənənələri, dəsti - xətti Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2023-cü il “Heydər Əliyev İli “ çərçivəsində respublikamızın hər yerində olduğu kimi  Gəncədə də silsilə tədbirlər davam etdirilir.

21 noyabr 2023-cü il tarixində YAP Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.

7 saylı tam orta məktbin həyətində keçirilən ağacəkmə aksiyasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, təşkilatın əməkdaşları, ərazi partiya təşkilat sədrləri, partiya fəalları, məktəbin müəllim  və şagird kolektivi iştirak ediblər.

Təmiz ekoloji mühitin yaradılması və yeni yaşıllıqların salınması üçün aksiya iştirakçıları müxtəlif növ şam ağacları əkib, quruyan ağaclar yeniləri ilə əvəz edib və əkilən ağacları suvarıblar.

Ulu Öndər Heydər Əliyev ənənələrinə sadiq qalan aksiya iştirakçıları ölkəmizdə həyata keçirilən ağacəkmə, yaşıllaşdırma işlərinə öz töhfələrini veriblər.

Keçidlər