Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədə “Heydər Əliyev İli”nə həsr olunmuş “Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi ölkəmizin gələcəyinin rəhnidir” mövzusunda konfrans keçirilib

24 fevral 2023 | 17:55

Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Şəhər Ağsaqqallar Şurası və Azərbaycan Texnologiya Universitetinin (ATU) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi ölkəmizin gələcəyinin rəhnidir” mövzusunda konfrans keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü ziyarət edilib, önünə gül dəstələri düzülüb. Daha sonra ATU tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
ATU-nun ev sahibliyi etdiyi konfrans Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətən uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, ATU-nun rektor əvəzi dos.Yaşar Ömərov, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri YAP Gəncə Şəhər Təşkilatının nümayəndəsi, müharibə iştirakçıları, ali və orta ixtisas təhsil müəssisələrinin ictimai fənn müəllimləri, alimlər, ictimai təşkilat rəhbərləri, orta məktəb nümayəndələri və tələbələr iştirak edib.
Çıxış edənlər gənclərin vətənpərvərlik ruhunda yetişmələri üçün görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıblar. Bildirilib ki, ölkə gəncliyinə aşılanan Vətən sevgisi özünü 44 günlük Vətən müharibəsində bir daha göstərdi.
Konfransda “Milli dəyər olan vətənpərvərlik tərbiyəsinin əsas istiqamətləri” və “Gənclərin vətənpərvərlik tərbiyəsində Heydər Əliyevin rolu” adlı məruzələri dinlənilib.
Konfrans çərçivəsində tədbir iştirakçılarına fəxri fərmanlar, təşəkkürnamələr və tərifnamələr verilib.

Keçidlər