Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə “Heydər Əliyev irsini öyrənirik” adlı bilik yarışı keçirilib

06 may 2024 | 19:32

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə YAP Gəncə şəhər təşkilatının, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin, Gəncə şəhər Gənclər Evi SXM-nin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev irsini öyrənirik” adlı bilik yarışı keçirilib.

YAP Gəncə şəhər təşkilatında baş tutan bilik yarışında YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov,  YAP Gəncə şəhər təşkilatının əməkdaşları, şəhərin ali və orta ixtisas təhsil müəssisələrinin kollektivləri, ərazi ilk partiya təşkilatları sədrləri və partiya fəalları iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gəncə şəhərinin ali və orta ixtisas təhsil müəssisələrinin tələbələrindən, Gəncə şəhər Gənclər Evinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin fəal gənclərindən ibarət 9 komanda mübarizəyə qoşulub. Yarış 2 turda keçirilib və hər turda Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin həyat və fəaliyyəti, Ulu Öndərin rəhbərliyi altında ölkədə aparılan dövlət quruculuğu prosesini, islahatları əks etdirən suallar səsləndirilib. Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə dair sualları daha tez, dəqiq cavab verən komanda qalib adına layiq görülüb.

Yarışda Gəncə Gənclər Evi SXM-nın komandası I yerə, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələrindən ibarət komanda II yerə, Gənclərin İnkişaf və Karyera Mərkəzinin yerə komandası isə III yerə  sahib olub.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, silsilə tədbirlərin sonunda yekun tədbiri keçiriləcək və qalib komandalar Kubok və Fəxri fərmanlarla mükafatlandırılacaq.

Keçidlər