Gəncədə “Heydər Əliyev məktəbi” layihəsinə start verilib
Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatında Ümummilli Lider, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin irsinin dərindən öyrənilməsi və təbliği məqsədilə həyata keçirilən “Heydər Əliyev məktəbi” layihəsinə start verilib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov və gənclər iştirak ediblər.
Bildirilib ki, layihəyə dinləyici qismində Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Tibb Kolleci, Gəncə Regional Kolleci, Gəncə ASAN xidmət mərkəzləri, Gəncə Dövlət Peşə Təhsil mərkəzləri və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin gənc əməkdaşları olmaqla ümumilikdə 40 nəfər cəlb olunub.
Beş gün davam edəcək layihə çərçivəsində millət vəkilləri, universitet rektorları və müxtəlif idarələrin rəhbərləri iştirakçılarla görüşərək müxtəlif mövzularda seminarlar keçirəcəklər.
Layihənin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.






