Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə himayədar ailə institutunun tətbiqi ilə bağlı təlim keçirilib

24 oktyabr 2023 | 16:31

Gəncə Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikası  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin Gəncə-Daşkəsən regional filialının və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “ Mütərəqqi beynəlxalq təcrübənin tətbiqi ilə əlaqadar  “Çətin həyat şəraitinə düşmə risqi olan ailələrdə böyüyən uşaqlarla  aparılan işin təkmilləşdirilməsi” və “Himayədar ailə institutunun inkişafına hədəflənən tədbirlərin həyata keçirilməsi” adlı təlim keçirilib.

10 nömrəli tam orta məktəbdə reallaşan təlimdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının, Sosial Xidmətlər Agentliyinin Gəncə-Daşkəsən regional filialının və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əməkdaşları iştirak ediblər.

Bildirilib ki, təlim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası ilə bağlı keçirilir. Təlimdə sosial xidmət sahəsində həyata keçirilən tədbirlərin effektivliyinin artırılması məqsədilə aidiyyəti qurumların əlaqəli işləməsinin vacib məsələlərdən olduğu vurğulanıb.

Tədbirdə “Himayədar ailə institutunun təşkili”, “Müəssisələşmə və reinteqrasiya prosesinin təşkili” mövzusunda çıxışlar dinlənilib. Daha sonra mövzu ətrafında geniş müzakirələr aparılıb.

 

Keçidlər