Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə “Himayədar Ailə” qayğı modeli barədə məlumatlandırma mövzusunda ictimai dinləmə keçirilib

23 oktyabr 2024 | 14:24

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Sosial Xidmətlər Agetliyinin Gəncə-Daşkəsən Regional Filialının təşkilatçılığı ilə M.Hadi adına 10 nömrəli tam orta məktəbdə Gəncədə “Himayədar Ailə” qayğı modeli barədə məlumatlandırma mövzusunda ictimai dinləmə keçirilib.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xalidə Mete, Sosial Xidmətlər Agetliyinin Gəncə-Daşkəsən Regional Filialının müdiri vəzifəsini müvəqqəti icra edən Hikmət Əmiraslanov, Gəncə Dövlət Universitetinin Sosial iş fakültəsinin tələbələri, həmçinin məktəbin sosial işçi və psixoloqları iştirak ediblər.

Tədbir iştirakçılarına “Himayədar Ailə” - uşaq alternativ qayğı modeli barədə məlumat verilib. Bildirilib ki, “Himayədar ailə” qayğı modeli valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların müqavilə əsasında müvəqqəti ailə yanında yerləşdirilməsini nəzərdə tutan alternativ uşaq qayğı modelidir. Övladlığagötürmədən fərqli olaraq “Himayədar ailə” qayğı modelində uşaq ailə yanında müvəqqəti yerləşdirilir, uşaqla himayədar valideynlər arasında valideynlik münasibətləri yaranmır və uşaq ailənin varisi sayılmır.

Görüş zamanı “Sosial təhlükəli vəziyyətdə olan uşaqlarla aparılan iş və əməkdaşlıq”, “Müəssisələşmənin qarşısının alınması”, “Müəssisədə yaşayan uşaqların ailəyə qaytarılması” mövzuları ətrafında da çıxışlar dinlənilib.

Tədbirin davamında iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər