Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda dəyirmi masa keçirilib

13 noyabr 2023 | 12:15

Gəncə Şəhər İcra Hakimiyyətində 12 Noyabr – Konstitusiya Günü ilə əlaqədar “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda təyirmi masa təşkil olunub. "Heydər Əliyev İli" ilə bağlı təsdiqlənmiş "Tədbirlər Planı"na uyğun olaraq keçirilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Aparatın məsul əməkdaşları, habelə bələdiyyə sədrləri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, həmçinin Azərbaycanın müstəqiliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Niyazi Bayramov bildirib ki, çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində Ulu Öndər Heydər Əliyevin siyasi və idarəçilik fəaliyyəti müstəsna yer tutur. Azərbaycan xalqının tarixən arzuladığı milli dövlətçilik amalları məhz Heydər Əliyev epoxasında gerçəkləşib, dayanıqlı müstəqil Azərbaycan dövləti qurulub.

Qeyd olunub ki, Azərbaycanda hüquqi dövlət quruculuğu məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Müasir hüquq sisteminin qurulması və inkişaf etdirilməsi Ulu Öndərin dövlətçilik konsepsiyasında xüsusi yer tutub. Ümummilli Lider Heydər Əliyev ölkədə hüquqi dövlətə xas olan qanunçuluğun, ədalət və hüquq qaydasının təmin olunması sahəsində qətiyyətli və cəsarətli addımlar atıb, gələcəyə hesablanan ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirib.

Demokratik hüquqi dövlət quruculuğunda Ulu Öndər Heydər Əliyevin ən böyük əməyi müstəqil Azərbaycanın ilk konstitusiyasının hazırlanması və qəbul edilməsi olub. Ümummilli Liderin müəllifi olduğu və 1995-ci il noyabrın 12-də Azərbaycanın tarixində ilk dəfə olaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil dövlətimizin Konstitusiyasında insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan edilib.

Keçidlər