Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə "Hüquqlarını bilməlisən" mövzusunda tədbir keçirilib

11 dekabr 2023 | 17:08

08 Dekabr 2023-cü il tarixində Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə Beynəlxalq Xəstəxanasının dəstəyi, Gəncə şəhər Nizami Bələdiyyəsinin Gender Əsaslı Komissiyasının təşkilatçılığı  ilə Gəncə Dövlət Universitetində “Hüquqlarını bilməlisən” şüarı altında tədbir keçirilib. 

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Xalidə Mete, Gəncə Dövlət Universitetinin humanitar məsələlər üzrə prorektor dosent Gülsüm Fətəliyeva, Gəncə Şəhər Nizami Bələdiyyəsinin sədr müavini, Gender Əsaslı Komissiyanın sədri Leyla Məmmədova, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Baş məsləhətçisi Rafiq Mahmudov, Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, "Təmas "Regional İnkişaf İctimai Birliyinin təsisçisi Kubra Ələkbərova, Gəncə Şəhər Beynəlxalq Xəstəxanasının İnsan resursları üzrə menecer Natəvan Abbasova və universitetin kolektivi iştirak ediblər. 

Tədbirdə bildirilib ki, “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” hər il 25 noyabr (Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü) -10 dekabr (Beynəlxalq İnsan Hüquqları Günü) tarixləri arasında keçirilən beynəlxalq kampaniyadır. Kampaniya çərçivəsində qadın hüquqlarının müdafiəsi, qız uşaqlarının təhsildən yayındırılaraq erkən nigaha cəlb olunması, qadınlara qarşı hər cür zorakılıq və qısnamalarla mübarizə məsələləri ilə bağlı cəmiyyətə mühüm mesajlar ötürülür. “Qadınlara və qızlara qarşı zorakılığa son qoyaq” şüarı altında keçirilən 16 Günlük Fəallıq Kampaniyası həm də bütün ölkəni əhatə etməsi ilə səciyyələnir.

Azərbaycan Respublikası da hüquqi dövlət olaraq beynəlxalq mübarizə günlüyünə qoşulur, hər il dövlət qurumları və vətəndaş cəmiyyətinin üzvləri ilə birlikdə paytaxt və regionlarda bir sıra mühüm tədbirlər həyata keçirilir. Bu fəaliyyətin nəticəsi olaraq qanunlar qəbul edilmiş, qeyd edilən məsələlər Dövlət Proqramlarında və Milli Fəaliyyət Planlarında öz əksini tapıb. 

Sonda tədbirin dəstəkçiklərinə və təşkilatçılarına "Təşəkkürnamə"lər təqdim olunub. 

Qeyd edək ki,  Nizami Bələdiyyəsinin Gender Əsaslı Komissiyası maarifləndirmənin əhalinin bütün təbəqələri, xüsusilə də gənclər arasında aparılmasının vacibliyini nəzərə alaraq, kampaniya çərçivəsində silsilə tədbirlər keçirilmişdir.

Keçidlər