Gəncədə “Hüquqlarınla parla!” layihəsi çərçivəsində məktəblilərlə görüş keçirilib
Gəncə şəhər Gənclər Evi SXM-də “Hüquqlarınla parla!” layihəsi çərçivəsində məktəblilərlə görüş təşkil olunub.
Tədbirdə əvvəlcə layihənin məqsədi və həyata keçirilən fəaliyyətlər barədə şagirdlərə məlumat verilib.
Daha sonra məktəblilər üçün təhlükəsiz internet mühitinin hüquqi aspektləri, mövcud risklər, uşaqların zərərli vərdişlərdən qorunması, həmin vərdişlərin insan orqanizminə təsirləri, eləcə də kibertəhlükəsizlik mövzusunda interaktiv təlimlər keçirilib.
Tədbirin sonunda şagirdlər arasında yazılı test imtahanı təşkil olunub.
Qeyd edək ki, “Hüquqlarınla parla!” layihəsi Azərbaycan Respublikası Milli Məclisi, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatı, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, "Regional İnkişaf" İctimai Birliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası tərəfindən təşkil olunur və “Nar”ın maliyyə dəstəyi ilə həyata keçirilir.






