Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədə ilk dəfə voleybol festivalı keçirilib

08 oktyabr 2026 | 18:22

Gəncə Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Voleybol Federasiyasının, “Gəncə” Voleybol Klubunun təşkilatçılığı,  “AzerGold” QSC-nin dəstəyi ilə şəhərdə ilk dəfə “Voleybolun nəbzi Gəncədə döyünür!” şüarı altında voleybol festivalı keçirilib.

Tədbirin açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov, “Gəncə” Voleybol Klubunun prezidenti Elvar Osmanov, ictimaiyyət nümayəndələri, idmançılar, məşqçilər və gənclər iştirak ediblər.

Bildirilib ki, festivalın keçirilməsində əsas məqsəd Gəncədə voleybolun təbliği, uşaqlar və yeniyetmələr arasında bu idman növünə marağın artırılması, eləcə də sağlam həyat tərzinin təşviqidir. Müxtəlif idman və əyləncə proqramlarını bir araya gətirən tədbir gənclərin idmana cəlb olunmasına və voleybolun daha geniş auditoriya arasında populyarlaşmasına xidmət edir.

Festival çərçivəsində peşəkar voleybolçuların iştirakı ilə ustad dərsləri və dostluq oyunu təşkil olunub. Həmçinin 10–14 yaşlı uşaqlar arasında mini-voleybol turniri keçirilib, iştirakçılar üçün müxtəlif idman və əyləncə proqramları təqdim edilib. Uşaqlar öz bacarıqlarını nümayiş etdirmək, voleybolun əsas elementlərini öyrənmək və peşəkar idmançılarla birbaşa ünsiyyət qurmaq imkanı əldə ediblər.

Festivalın diqqətçəkən məqamlarından biri də “Gəncə” Voleybol Klubunun 2026–2027-ci illər mövsümü üçün heyətinin təqdimatı olub. Komandanın yeni mövsümdə mübarizə aparacaq oyunçuları azarkeşlərə təqdim edilib.

Voleybol, musiqi və əyləncəni bir araya gətirən festival iştirakçılar üçün təşkil olunan xüsusi konsert proqramı ilə davam edib.

 

Keçidlər