Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə ilk Sığorta Festivalının bağlanış mərasimi keçirilib

11 sentyabr 2023 | 14:24

10 Sentyabr 2023-cü il tarixində Gəncə şəhərinin Heydər Əliyev adına Meydanında ilk Sığorta Festivalının təntənəli bağlanış mərasimi keçirilib. Tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə təşkilatçılığı ilə gerçəkləşib.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Mərkəzi Bankının, Azərbaycan Sığortaçılar Assosiasiyasının, İcbari Sığorta Bürosunun, habelə sığorta şirkətlərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.

Bağlanış mərasimində Gəncə sakinləri üçün müxtəlif hədiyyəli oyunlar, intellektual yarışlar və sürprizli şoular təşkil olunub. Həmçinin, festival zamanı ölkədə həyata keçirilən “Sığorta maarifləndirməsi” layihəsinın tərkib hissəsi olaraq əhaliyə sığorta məhsulları ilə bağlı maarifləndirici məlumatlar verilib.

Festivalda sığorta şirkətlərinin nümayəndələri tərəfindən tədbir iştirakçılarına yerində sığortalanmaq imkanı yaradılıb.

Qeyd edək ki, layihənin məqsədi geniş əhali qruplarının və biznes nümayəndələrinin sığorta sahəsində bilik və təsəvvürlərinin artırılması, onların sığorta xidmətlərinə cəlbinin təşviq edilməsindən ibarətdir.

Keçidlər