Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədə ixtisaslaşdırılmış əmək yarmarkası keçirilib

25 avqust 2026 | 16:53

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialı və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Gəncə şəhərində ixtisaslaşdırılmış əmək yarmarkası keçirilib.

Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Mərkəzində keçirilən yarmarkada Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Peşə Təhsili üzrə Dövlət Agentliyinin Tərəfdaşlarla iş və kommunikasiya şöbəsinin müdiri Nigar İsmayılzadə Əsgərova, Dövlət Məşğulluq Agentliyinin Sosial Tərəfdaşlarla iş departamentinin müdiri Saleh Həsənov, KOBİA-nın Gəncə-Daşkəsən və Qazax-Tovuz iqtisadi rayonları üzrə regional koordinatoru Anar Əliyev və digər rəsmilər iştirak ediblər.

Əmək yarmarkasında 27 müəssisə iştirak edib və 168 vakansiya təqdim olunub. Ümumilikdə 298 namizəd qeydiyyatdan keçib

Yarmarka zamanı vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər üçün müvafiq göndərişlər hazırlanıb.

Tədbir çərçivəsində işsiz və işaxtaran şəxslərə Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının əməkdaşları tərəfindən peşəyönümü xidmətləri göstərilib. Həmçinin aktiv məşğulluq proqramları və müraciət qaydaları barədə məlumat verilib, işə müraciət etmək istəyən şəxslərlə ilkin sorğular aparılıb.

Keçidlər