Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə “Kardiologiyada rəhbər tövsiyələrə əsaslanan müasir yanaşmalar” mövzusunda tədbir keçirilib

02 dekabr 2024 | 14:27

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutu və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin  birgə təşkilatçılığı ilə “Gəncə Sağlamlıq Günləri” çərçivəsində  “Kardiologiyada rəhbər tövsiyələrə əsaslanan müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Gəncə Dövlət Filarmoniyasında keçirilən konfransda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Milli Məclisin Əmək və sosial siyasəti üzrə komitənin sədri, millət vəkili Musa Quliyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Planlama Departamentinin rəhbəri, professor Hikmət İbrahimli, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova,  o cümlədən Gəncə və ətraf bölgələrdən olan həkimlər iştirak ediblər.

Əvvəlcə qonaqlar Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb.  

Bildirilib ki, “Gəncə Sağlamlıq Günləri” çərçivəsində şəhid və veteran ailələrinin üzvləri üçün həyata keçirilən tibbi sosial aksiya, bölgə üzrə baş tutan ən böyük konfrans kimi son nailiyyətləri bölüşməyə və vətəndaşların sağlamlığını qorumağa imkan yaradacaq.

Elmi konfrans 36 DTT balı ilə qiymətləndirilib. Konfrans çərçivəsində EKQ, EXO-KQ, EVAR, TEVAR kimi kurslar təşkil olunub.

Keçidlər