Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədə “Kəpəz” və “Qarabağ” komandalarının oyunu böyük coşqu ilə izlənilib

22 noyabr 2026 | 22:10
Misli Premyer Liqasının XII turu çərçivəsində Gəncə şəhər stadionunda “Kəpəz” və “Qarabağ” komandaları arasında futbol qarşılaşması keçirilib.
 
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, millət vəkilləri Müşfiq Cəfərov, Naqif Həmzəyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, eləcə də İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları oyunu şəhid övladları ilə birgə izləyiblər.
 
Qarşılaşmadan əvvəl hər iki komandanın futbolçuları torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəmanlarımızın övladları ilə birlikdə meydana çıxıblar. Bu təşəbbüs Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi, “Kəpəz” PFK və “Gəncə Park City”nin təşəbbüsü, Peşəkar Futbol Liqasının (PFL) icazəsi ilə həyata keçirilib.
 
Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma heç-heçə başa çatıb.
 
Qeyd edək ki, 15 363 nəfərlik tamaşaçı tutumuna malik Gəncə Şəhər Stadionu bu qarşılaşmada azarkeşlərlə tam dolu olub.
Keçidlər