Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə “KOB FEST” sərgi-satış yarmarkası keçirilir

06 avqust 2024 | 15:57

Yarmarka Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Xan bağı”nda təşkil olunub.

“KOB FEST” sərgi-satış yarmarkasının açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, ADAU-nun rektoru Zəfər Qurbanov, Türkiyənin Gəncədəki Baş Konsulluğunun nümayəndəsi, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, sahibkarlar və şəhər ictimaiyyəti iştirak ediblər.

Niyazi Bayramov bildirib ki, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində ölkədə kiçik və orta sahibkarlıq subyektlərinə çoxşaxəli dəstək tədbirləri həyata keçirilir. Belə dəstək istiqamətlərindən biri də Kiçik və Orta Biznes subyektlərinin satış və bazarlara çıxış imkanlarının genişləndirilməsi ilə bağlıdır. Şəhər rəhbəri qeyd edib ki, bu cür yarmarkaların keçirilməsi Gəncədə fəaliyyət göstərən sahibkarlar üçün satış və bazarlara çıxış imkanları, əlaqələrin genişləndirilməsi kimi şərait yaradır.

Orxan Məmmədov çıxışında tədbirin bölgəyə xas olan məhsulların tanıdılması, KOB-ların satış imkanlarının genişləndirilməsi, yerli KOB-lar arasında əlaqələrin qurulması baxımından faydalı olduğunu qeyd edib. Həmçinin, “KOB FEST”lər KOB-ların satış imkanlarını artırmaqla yanaşı, sahibkarlar arasında yeni əməkdaşlıqların təşviq etdiyini diqqətə çatdırıb.

Çıxışlardan sonra sərgi-satış yarmarkasına baxış keçirilib. Bununla yanaşı, “KOB FEST” çərçivəsində mədəni-əyləncəli proqram da təşkil olunub.

Qeyd edək ki, yarmarkada Gəncə, eləcə də ətraf şəhər və rayonlardan olan 60-dan çox KOB subyektinin kənd təsərrüfatı və sənaye məhsulları, un məmulatları, qida, tekstil, sərinləşdirici içkilər, arıçılıq məhsulları, sənətkarların və yaradıcı şəxslərin əl işləri təqdim edilir və satılır. Sərgi-satış yarmarkası avqustun 8-dək hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərəcək.

Keçidlər