Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədə küçə ticarətinə qarşı monitorinqlər davam edir

05 iyun 2026 | 10:41

Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhər ərazisində qanunsuz küçə ticarətinin qarşısının alınması istiqamətində monitorinqlər davam etdirilir. Pərakəndə ticarət hallarının daha çox müşahidə olunduğu ərazilərdə keçirilən reydlər zamanı aşkar edilən neqativ halların aradan qaldırılması məqsədilə qanunvericiliyə uyğun tədbirlər görülür.

Belə ki, şəhərin Z. İsmayılov küçəsində küçə ticarəti ilə məşğul olan şəxslərlə maarifləndirici və izahedici söhbətlər aparılıb, onlara qanunvericiliyin tələbləri izah edilib. Ərazi qanunsuz küçə ticarəti fəaliyyətindən təmizlənib.

Keçidlər