Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə “ll Qida sənayesi və Qida təhlükəsizliyi forumu” keçirilib

17 dekabr 2024 | 18:25

Azərbaycan Texnologiya Universitetinin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun və "AzGranata"nın birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş “ll Qida sənayesi və Qida təhlükəsizliyi forumu” keçirilib. 

Forumda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, ATU-nun rektoru Yaşar Ömərov, AQTİ-nin İdarə Heyətinin sədri Əli Nəbiyev, GDU-nun rektoru, professor Yusif Yusibov, ADAU-nun rektoru Zəfər Qurbanov, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, professor İbrahim Cəfərov, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Əvvəlcə rəsmilər Ümummilli Lider Heydər Əliyevin Gəncə şəhərinin baş meydanında ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. 

Gəncə Dövlət Filarmoniyasında baş tutan forum Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra  Ulu Öndər Heydər Əliyevin, eləcə də torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Adil Tağıyev çıxışında forum iştirakçılarını Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından salamalayıb. O qeyd edib ki, Prezident İlham Əliyevin səyi nəticəsində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm işlər görülüb, bu sahədə qəbul edilən dövlət proqramları uğurla icra olunur.
 
Yaşar Ömərov qida sənayesi və qida təhlükəsizliyinin dünyada mövcud vəziyyətinə və aktual məsələlərinə diqqət çəkib, bölmələrdə aparılacaq müzakirələrin məhsuldar olacağına, qeyd olunan sahələrə töhfə verəcəyinə əminlik ifadə edib.

AQTİ-nin İdarə Heyətinin sədri Əli Nəbiyev və digər qonaqlar çıxış edərək forumun işinə uğurlar arzu ediblər.

Forum Qida təhlükəsizliyi və Qida sənayesi olmaqla iki paneldə öz işini davam etdirib.

  

Keçidlər