Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə lokal antiterror əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun iki əsgərinin xatirəsi yad edilib

21 sentyabr 2024 | 15:46

Bugün Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 19-20 sentyabr 2023-cü ildə Qarabağ iqtisadi zonasında keçirilən lokal xarakterli antiterror əməliyyatları zamanı şəhid olan əsgər, MAHHXHQ Əliyev Orxan Eldar oğlu və əsgər Ələkbərov Ramal Elnur oğlunun xatirəsi yad edilib.

Gəncə şəhərinin Şəhidlər xiyabanında keçirilən ildönümü mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, bələdiyyə sədrləri, I Qarabağ və Vətən müharibəsi iştirakçıları və şəhidlərin ailə üzvləri iştirak ediblər.

Qeyd olunub ki, Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrundan canlarını fəda edən şəhidlərimizin xatirəsi daim əziz tutulur. Dövlətimiz tərəfindən şəhid ailələri, müharibə əlilləri, iştirakçıları və veteranları da xüsusi diqqətdə saxlanılır.

Mərasim iştirakçıları şəhidlərin məzarlarını ziyarət edib, üzərlərinə tər çiçəklər düzüblər. Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr dilənib.

Keçidlər