Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə Məhəmməd Füzulinin 530 illik yubileyi münasibətilə “Füzuli dühası” adlı tədbir təşkil olunub

25 aprel 2024 | 19:11

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Prezident İlham Əliyevin müvafiq Sərəncamının icrası ilə əlaqədar olaraq, Gəncə şəhərində tədbir keçirilib. Tədbir dahi şairin adını daşıyan 22 nömrəli tam orta məktəbdə gerçəkləşib.

“Füzuli dühası” adlı ədəbi-bədii gecədə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, millət vəkili Pərvin Kərimzadə, ADAU-nun rektoru Zəfər Qurbanov, Gəncə-Daşkəsən Regional Təshil İdarəsinin müdir müavini Rövşən Kərimov, Gəncə üzrə sektor müdiri Nərgiz Həsənova, idarə, müəssisə, təşkilat rəhbərləri və təhsil ocağının kollektivi iştirak edib.

Əvvəlcə qonaqlar Gəncə Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirmələri tərəfindən hazırlanan rəsm sərgisinə baxış keçiriblər.

Daha sonra tədbirdə dahi şairin həyat və yaradıcılığından bəhs olunub. Bildirilib ki, Məhəmməd Füzulinin adı Azərbaycan tarixinə görkəmli  şair, mütəfəkkir, tərcüməçi Azərbaycan ədəbi dilinin yaradıcılarından biri kimi həkk olunub. Füzulinin iri həcmli əsərləri ilə yanaşı qəzəlləri də söz sənətimizin ölməz abidələridir.

Ədəbi-bədii gecədə 22 nömrəli tam orta məktəbin istedadlı şagirdləri dahi şairin sözlərinə yazılmış “Vətənimdir”, “Füzuli kantatası” əsərlərini ifa ediblər. M.Füzulinin  nakam  məhəbbət  dastanı olan  “Leyli  və  Məcnun” poemasından “Ananın Leyliyə nəsihəti” səhnəsi, həmçinin müxtəlif rəqslər tamaşaçılar tərəfindən böyük maraqla izlənilib.

Sonda xatirə şəkli çəkdirilib.

Keçidlər