Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə “Məişət zorakılığının qarşısının alınması mexanizmləri” mövzusunda tədbir keçirilib

10 dekabr 2024 | 18:13

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının (ŞBX) təşkilatçılığı ilə Gəncə Dövlət Universitetində “Məişət zorakılığının qarşısının alınması mexanizmləri” mövzusunda tədbir təşkil edib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin nümayəndələri, GDU-nun müəllim və tələbələri iştirak ediblər.

Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyəti yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvü Xalidə Mete məişət zorakılığının qarşısının alınması istiqamətində görülən işlərdən danışıb. O qeyd edib ki, bu cür hallarının qarşısının alınması üçün maarifləndirmə işinin gücləndirilməsinin dövlətimizin daxili siyasətində bu gün də ən mühüm prioritetlərdən biridir. Məişət zorakılığı müasir cəmiyyət üçün böyük ictimai bəladır, bununla mübarizənin faydalılığı məişət zorakılığı qurbanlarının hüquqi və sosial sahələrdə mühafizə vasitələrinin mövcudluğundan asılıdır.

Gəncə ŞBX-nin hüquqşünası Hadı Hüseynov ölkəmizdə məişət zorakılığı ilə bağlı mövcud vəziyyət, məişət zorakılığına qarşı mübarizə sahəsində atılan addımlar, qısa və uzunmüddətli mühafizə orderi barədə ətraflı məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.  Bildirib ki, məişət zorakılığı həssas, ictimai, sosial bir mövzudur: “Məişət zorakılığı olan ailələrdə yetişən uşaqlar aqressiv və psixoloji problemli insanlar kimi formalaşır. Bu, təkcə dövlətin işi deyil, həm də cəmiyyətin, məsul insanların - ailə üzvlərinin, qohumların, qonşuların, bu ailə ilə bağlılığı olan təhsil və səhiyyə ocaqlarının da ümumi işidir. Bunun aradan qaldırılması istiqamətində yeni yanaşmalar, həll yolları tapmalı, dövlət və cəmiyyət olaraq birlikdə hərəkət etməliyik”.

Çıxışlarda həmçinin uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlərdən bəhs olunub. Qeyd edilib ki, uşaqların cəmiyyətdə şəxsiyyət kimi formalaşmasında, onların düzgün təlim-tərbiyə almasında ailə ilə yanaşı təhsil müəssisələrinin xüsusi əhəmiyyəti var, buna görə zorakılıq halları ilə mübarizədə aidiyyəti qurumların sıx əməkdaşlıq şəraitində çalışmaları zəruridir.

Sonda gənclərin sualları cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.

Keçidlər