Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədə “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun iclası keçirilib

20 iyun 2025 | 17:35

Gəncə Şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun növbəti iclası keçirilib. İclas zamanı “Gender əsaslı zorakılıqla mübarizə” kampaniyası çərçivəsində Gəncə şəhərində görüləcək tədbirlər müzakirə olunub.

Qrupun sədri Adil Tağıyev çıxış edərək bildirib ki, BMT-nin Baş Assambleyasının 1999-cu il 17 dekabr tarixli Qətnaməsinə əsasən, 25 noyabr bütün dünyada “Qadınlara qarşı zorakılığa qarşı beynəlxalq mübarizə günü” kimi qeyd olunur. Hər il 25 noyabr – 10 dekabr tarixlərində bütün dünyada, o cümlədən Azərbaycanda “Gender əsaslı zorakılıqla mübarizə” adlı 16 günlük beynəlxalq kampaniya həyata keçirilir. Bu kampaniya çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hazırladığı “25 noyabr – Qadınlara qarşı zorakılıqla mübarizə günü”nə dair tədbirlər planına uyğun olaraq Gəncə şəhərində də bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

İclas zamanı kampaniya çərçivəsində yerli mətbuatda mövzu ilə bağlı maarifləndirici materialların dərc edilməsi, ictimai nəqliyyat vasitələrində və dayanacaqlarda sosial reklamların yerləşdirilməsi, məktəb psixoloqları üçün təlimlərin təşkili, eləcə də Gəncə şəhəri üzrə tanınmış və nüfuzlu şəxslərin videomüraciətlərinin yayımlanması və digər məsələlər müzakirə edilib.

Keçidlər