Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədə “Mənəvi dəyərlər” həftəsi çərçivəsində tədbir keçirilib

17 noyabr 2026 | 17:19

Gəncə şəhərində “Mənəvi dəyərlər” həftəsi çərçivəsində “Mənəvi dəyərlər” günü keçirilib.

Gəncə Dövlət Universitetində təşkil olunan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, GDU-nun rektoru, professor Yusif Yusibov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Komitənin məsul əməkdaşları, eləcə də universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və  dövlət bayrağına həsr olunmuş videoçarx nümayiş olunub.

Niyazi Bayramov çıxışında tarixi-mədəni irsin qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib. İcra başçısı gənclərin müasir bilik və bacarıqlarla yanaşı, milli kimliyini və mədəni irsini dərindən mənimsəməsinin vacibliyini vurğulayaraq, bu baxımdan “Mənəvi dəyərlər” gününün əhəmiyyətini diqqətə çatdırıb.

Yusif Yusibov ölkəmizdə müxtəlif dinlərin, dillərin və mədəniyyətlərin qorunması, eləcə də xalqlar arasında dostluq və qarşılıqlı hörmət mühitinin formalaşmasından bəhs edib. O, milli həmrəyliyin və vətənpərvərlik ruhunun 44 günlük Vətən müharibəsində bir daha öz təsdiqini tapdığını bildirib.

Ramin Məmmədov Azərbaycan Bayrağının üç rənginin xalqımızın milli kimliyini, dövlətçilik iradəsini və mənəvi dünyasını ifadə etdiyini bildirib. O, milli-mənəvi dəyərlərin qorunmasının, gənclərdə vətəndaş məsuliyyətinin və mədəni müxtəlifliyə hörmətin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Aqil Şirinov isə Gəncənin Azərbaycanın mənəvi həyatındakı xüsusi rolundan danışaraq, belə layihələrin gənclərin milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsinə və zəngin tarixi irsin gələcək nəsillərə ötürülməsinə xidmət etdiyini qeyd edib.

Rəsmi çıxışlardan sonra tədbir elmi mühazirələrlə davam edib.

Tədbirdən sonra rəsmilər “Mənəvi dəyərlər” layihəsi çərçivəsində təşkil olunan ağacəkmə aksiyasında iştirak ediblər.

Keçidlər