Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədə məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsi növbəti maarifləndirmə tədbiri keçirib

22 avqust 2025 | 16:41

Gəncə şəhəri üzrə məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin növbəti iclası “Parıltı Halı” şirkətində baş tutub. Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Məşğulluq filialının, Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Gəncə-Daşkəsən Regional filialının, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə-Daşkəsən Regional şöbəsinin, DİİXİHİ Gəncə Şəhər Komitəsinin, şəhər ərazisində fəaliyyət göstərən bələdiyyələrin və müəssisənin nümayəndələri iştirak ediblər.

Görüş zamanı “Parıltı Halı” şirkətinin əməkdaşları ilə söhbət aparılıb,  qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində qanunvericilikdə nəzərdə tutulan imkanlar və tətbiq edilə biləcək sanksiyalar müzakirə olunub.

Qeyd edək ki, bu istiqamətdə maarifləndirici tədbirlər mütəmadi şəkildə davam etdiriləcək.

Keçidlər