Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə “Milli ekoloji prioritetlər və qlobal iqtisadi təhdidlər: yeni çağırışlar, imkanlar və perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

16 dekabr 2023 | 17:40

Gəncədə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Milli Ekoloji prioritetlər və qlobal iqtisadi təhdidlər: yeni çağırışlar, imkanlar və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Konfrans Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Dövlət Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.

Heydər Əliyev Mərkəzində baş tutan beynəlxalq elmi konfransda Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Türkiyə Respublikasının Gəncədəki Baş konsulu Recep Öztop, AMEA-nın vitse-prezidenti Arif Həşimov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Birinci vitse-prezidentinin Katibliyinin baş məsləhətçisi Elmar Məmmədov və aparıcı məsləhətçisi Həsən Məmmədov, Energetika nazirin müavini Elnur Soltanov, , Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev, Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əsgərov, Azərbaycan Turizm Universitetinin rektoru İlham Mədətov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Belarus Dövlət İqtisad Universitetinin prorektoru Olga Morazeviç, Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru Əli Abbasov, AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev, Azərbaycan Banklar Assosasiyasının prezidenti Zakir Nuriyev, millət vəkilləri, akademiklər, Qarabağ Dirçəlis Fondunun üzvləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, PAŞA Holding və SOCAR əməkdaşları, “İnci” Şirkətlər Qrupunun rəhbərliyi, həmçinin şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin adını daşıdığı Mərkəzin önündə ucaldılmış abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüb, Ulu Öndərin xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Daha sonra kitablardan, rəsm əsərlərindən, ekoloji təmiz məhsullardan hazırlanmış yeməklərdən və startaplardan ibarət sərgiyə baxış keçirilib. Burada Qarabağ Dirçəliş Fondu tərəfindən hazırlanan sərgi də nümayiş olunub.

Beynəlxalq elmi konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın  müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov beynəlxalq elmi konfransı açıq elan edərək, ekologiya sahəsində aktual məsələlərin müzakirəsinə həsr edilən elmi konfransın mühüm platforma olduğunu bildirib, tədbirin məhz Gəncə şəhərində keçirilməsinin önəmindən danışıb.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxış edərək, ölkəmizin coğrafi mövqeyinin dayanıqlı ekoloji inkişaf və yaşıl artım üçün əlverişli olduğunu bildirib. Təmiz ətraf mühit və yaşıl inkişafın milli prioritetlərimiz olduğunu dilə gətirən nazir, Azərbaycanın gələcəkdə təmiz ətraf mühitə malik yaşıl artım ölkəsinə çevriləcəyinə əminlik ifadə edib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Ekoloji tarazlığın qorunub saxlanılmasının, təbii ehtiyatlardan səmərəli istifadənin, ətraf mühitin çirklənmədən qorunmasının önəmli olduğunu qeyd edərək, bu məsələlərin ölkəmizdə də aktual olduğunu bildirib.

Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov qeyd edib ki, Azərbaycan xalqının və dövlətçiliyinin inkişafında misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin fəaliyyəti dövründə ölkədəki ekoloji vəziyyət daim xüsusi diqqət mərkəzində olub, ətraf mühitin mühafizəsi ilə bağlı müəyyən olunmuş prioritetlər üzrə tədbirlər görülüb. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti, o cümlədən, ekologiya sahəsində verdiyi tövsiyələr bu gün də görülən işlərdə rəhbər tutulmaqdadır.

Konfransda  Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin video müraciəti dinlənilib.

Konfransın davamında milli ekoloji siyasət, iqtisadiyyatın ekolojiləşdirilməsi, Ermənistanın Azərbaycana qarşı törətdiyi ekoloji terror, ənənəvi iqtisadi artım modelindən yaşıl iqtisadiyyata keçid, maliyyə sisteminin inkişafında yeni mərhələ, «Yaşıl maliyyə trendi» və digər məsələlərdən danşılıb. 

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə hərs olunmuş “Milli ekoloji prioritetlər və qlobal iqtisadi təhdidlər: yeni çağırışlar, imkanlar və perspektivlər” mövzusunda beynəlxalq elmi konfransın ikinci hissəsi dəyirmi masa formatında davam edib. Müzakirələrdə ətraf mühitin və ekoloji tarazlığın qorunmasından danışılıb.

Konfrans çərçivəsində  Milli Məclisin komitə sədri, millət vəkili Sadiq Qurbanovun müəllifi olduğu “Davamlı inkişaf kontekstində ekoloji siyasətin prioritet istiqamətləri və yaşıl iqtisadiyyat” adlı kitabı da təqdim olunub.

Keçidlər