Gəncədə mövcud sosial xidmərlər barədə maarifləndirmə tədbiri həyata keçirilib
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli 4059 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nın 8.4.3-cü bəndinin “Əhalinin sosial xidmətlərlə təmin edilməsində ünvanlılığının artırılması məqsədilə mövcud sosial xidmətlər haqqında əhali arasında maarifləndirmə tədbirlərinin həyata keçirilməsi”nin icrası ilə əlaqədar olaraq, Gəncə şəhərində maarifləndirmə tədbiri keçirilib.
Belə ki, Gəncə Şəhər İcra Hakimiyyətində vətəndaşlarla keçirilən qəbullarda Sosial Xidmətlər Agentliyinin Gəncə-Daşkəsən Regional filialının və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları tərəfindən vətəndaşlar mövcud sosial xidmətlər, həmçinin xidmətlərlə təmin olunmaq üçün müraciət qaydaları barədə və digər məsələrlər bağlı məlumatlandırılıblar. Eyni zamanda, sakinlərə sözügedən mövzu ilə bağlı müvafiq bukletlər paylanılıb.
Qeyd edək ki, bu kimi tədbirlər davamlı şəkildə həyata keçiriləcəkdir.