Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə əkilən ağaclara və mövcud yaşıllıqlara xüsusi qulluq göstərilir

28 oktyabr 2024 | 18:20

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, ölkənin bütün bölgələrində olduğu kimi, Gəncə şəhərində də “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş genişmiqyaslı ağacəkmə aksiyası reallaşıb. Hazırda Gəncə şəhərinin müxtəlif ərazilərində torpaq-iqlim şəraitinə uyğun olaraq 10200 ədəd ağaclar əkilib.  

Əkilən ağacların və mövcud yaşıllıqların qorunmasına, onlara aqrotexniki qulluq edilməsinə isə xüsusi diqqət göstərilir. Belə ki, şəhərin müxtəlif ərazilərində olan yaşıllıqların suvarılması, çəmənliklərin biçilməsi, yabanı otların təmizlənməsi, ağacların budanması işləri müntəzəm şəkildə həyata keçirilir. Əkilən ağacların suvarılması məqsədilə su çalaları qazılır və şumlama işləri aparılır. Bununla yanaşı, ərazinin sanitar təmizliyi də daim nəzarətdə saxlanılır, abadlıq işləri davam etdirilir.

Bildiririk ki, bucür aksiyanın məqsədi ictimaiyyətin diqqətini yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, ətraf mühitin mühafizəsinə və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.

Qeyd edək ki, ağacəkmə aksiyasına Gəncə Şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi, Gəncə şəhər Kəpəz və Nizami bələdiyyələri, AMEA-nın Gəncə bölməsi, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universiteti, SN Gəncə Tibb Kolleci, GDU-nin nəzdində Regional Kollec, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi, Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi, Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutu, Gəncə Gömrük İdarəsi, “Gəncə Avtomobil Zavodu” İB, “Gəncə Şərab - 2” MMC, “Azəralüminium” MMC, Gəncə Mərkəzi Univermağı və digər müəssisələr də cəlb olunub.

Keçidlər