Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə “Müasir baytarlıq təhsili və dayanıqlı inkişaf məqsədləri: SDGs – 2&4” mövzusunda forum keçirilib

30 sentyabr 2024 | 17:33

Azərbaycan Dövlət Aqrar Universitetinin və “Bayramlı Group” şirkətinin birgə təşkilatçılığı ilə “Müasir baytarlıq təhsili və dayanıqlı inkişaf məqsədləri: SDGs – 2&4” mövzusunda forum keçirilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edən Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov bildirib ki, ADAU ölkəmizdə yeganə kənd təsərrüfatı yönümlü kadr hazırlığı aparan ali təhsil müəssisəsi kimi baytarlıq sahəsində kadr hazırlığına xüsusi önəm verir. Rektor diqqətə çatdırıb ki, baytarlar ətraf mühitin mühafizəsi, tədqiqat, qida təhlükəsizliyi və ictimai sağlamlığın qorunmasında mühüm rol oynayırlar.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev tədbirin keçirilməsinin əhəmiyyətindən bəhs edərək, forumun işinə və iştirakçılara uğurlar arzu edib.

Çıxışlardan sonra forum panel müzakirələrlə işinə davam edib.

Panel müzakirələrin sonunda iştirakçıların sualları cavablandırılıb.

Daha sonra Baytarlıq təbabəti fakültəsinin bir qrup tələbəsi mövzu ilə bağlı azərbaycan və ingilis dillərində çıxışlar ediblər.

Forumun yekununda iştirakçılar üçün nahar süfrəsi təşkil olunub.

Keçidlər