Gəncədə müharibə veteranlarına vəsiqələr təqdim olunub
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami və Kəpəz şöbəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” vəsiqələrinin təqdim olunması ilə bağlı tədbir keçirilib.
Heydər Əliyev “Park-Xiyaban” Kompleksində baş tutan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Müdafiə Nazirliyinin, SHXÇDX-nin Gəncə şəhər Nizami və Kəpəz şöbələrinin, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, şəhid ailələri, qazilər və veteranlar iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasnın Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Niyazi Bayramov çıxışında 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və Rəşadətli Azərbaycan Ordusunun gücü ilə işğal altında olan torpaqlarımızın azad edildiyini bildirib. O, ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına göstərilən hərtərəfli diqqət və qayğıdan söz açıb.
Tədbirin sonunda müharibə iştirakçılarına “Müharibə veteranı” vəsiqələri təqdim edilib.
Sonda xatirə şəkli çəkdirilib.