Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə Mustafa Kamal Atatürkün anım mərasimi keçirilib

10 noyabr 2023 | 12:59
Türkiyənin Gəncədəki Baş Konsulluğunda baş tutan tədbirdə konsul Recep Öztop, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin mədəni irsinin qorunması şöbəsinin müdiri Yadigar Bədəlov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, DQİDK- nin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, ziyalılar və Türkiyədən olan tələbələr iştirak ediblər.
 
Əvvəlcə hər iki ölkənin Dövlət Himnləri səsləndirilib. Daha sonra Mustafa Kamal Atatürkün, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, din xadimi tərəfindən dualar oxunub.
 
Çıxışçılar Atatürkün həyatından söhbət açıb, onu hörmətlə yad etdiklərini bildiriblər.
 
Tədbirdə Mustafa Kamal Atatürkə həsr olunmuş videoçarx nümayiş etdirilib.
 
Qeyd edək ki, bu gün Türkiyə Cümhuriyyətinin qurucusu və lideri Mustafa Kamal Atatürkün vəfatından 85 il ötür. 57 illik həyatında millətinin və vətəninin istiqlaliyyəti uğrunda apardığı hər bir mübarizəni zəfərlə taclandıran Atatürkün adı Türkiyə və dünya tarixinə qızıl hərflərlə yazılıb.
Keçidlər