Gəncədə mütəmadi olaraq qanunsuz küçə ticarəti ilə məşğul olanlara qarşı tədbirlər davam etdirilir
Məlum olduğu kimi, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə yaradılan “İşçi qrupları” tərəfindən pərakəndə ticarət hallarının geniş yayıldığı ərazilərdə reydlər keçirilir, aşkar edilmiş neqativ halların qarşısının alınması məqsədi ilə qanunamüvafiq tədbirlər görülür.
Belə ki, ötən həftə ərzində Heydər Əliyev və Atatürk prospektlərində, o cümlədən M.A.Abbaszadə küçəsində qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərlə maarifləndirici və izahedici söhbətlər aparıblar.
Aparılan izahedici söhbətlərə və edilən xəbərdarlığa məhəl qoymayan şəxslər barəsində isə Azərbaycan Respublikasının “İnzibati Xətalar Məcəlləsinin” 454-cü maddəsinə uyğun olaraq protokollar tərtib edilib, səki və yol kənarlarında qurulan pərakəndə ticarət obyektlərinin yığışdırılması təmin olunub.