Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədə müvafiq icazəverici sənədlər olmadan aparılan tikintilərlə bağlı nəzarət tədbirləri davam etdirilir

29 yanvar 2026 | 16:19

Belə ki, şəhərin Cavadxan qəsəbəsində torpaq sahəsinin qanunsuz zəbt edilməsi faktı aşkarlanıb və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Qeyd edək ki, monitorinqlər Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, Əmlak Məsələlər Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə aparılır. 

Aparılan monitorinqlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcəkdir.

 

Keçidlər