Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədə N saylı hərbi hissədə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

17 iyun 2025 | 17:54

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Fövqəladə Hallar Nazirliyinin N saylı hərbi hissəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan Respublikasının xilaskarı və qurucusudur” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin mədəni irsinin qorunması şöbəsinin müdiri Yadigar Bədəlov, hərbi hissənin komandiri, polkovnik Feruz Hüseynov, şəhərdə fəaliyyət göstərən universitetlərin nümayəndələri və hərbçilər iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə mövzuya dair videoçarx nümayiş etdirilib.

Çıxış edən natiqlər 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycanın müstəqillik tarixində mühüm dönüş nöqtəsi olduğunu vurğulayıblar. Qeyd edilib ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı ölkəni xilas edib. Onun uzaqgörən siyasəti sayəsində respublikada sabitlik bərpa olunub, hüquqi dövlət quruculuğuna, iqtisadi islahatlara və beynəlxalq əlaqələrin inkişafına ciddi təkan verilib. O da qeyd olunub ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun lider dövlətinə çevrilib. Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmiz bütün sahələrdə dinamik inkişaf edib, müstəqilliyi daha da möhkəmlənib, beynəlxalq arenada nüfuzu əhəmiyyətli dərəcədə artıb.

Sonda tədbir iştirakçılarından bir qrup şəxs “Fəxri Fərman”la təltif olunub.

 

Keçidlər