Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə növbəti dəfə “Əmək yarmarkası” keçirilib

29 iyul 2024 | 16:57

Gəncədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün növbəti əmək yarmarkası təşkil edilib. Gəncə Dövlət Milli Dram Teatrının binasında baş tutan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, VI çağırış Milli Məclisin deputatı Müşfiq Cəfərov, Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialının müdiri Elməddin Qurbanov, həmçinin idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışçılar regionlarda bu cür “Əmək yarmarkaları”nın keçirilməsini müsbət hal kimi dəyərləndiriblər. Diqqətə çatdırılıb ki, tədbirin əsas məqsədi işsiz və işaxtaran vətəndaşların, əmək bazarına çıxışını dəstəkləməkdir. Qeyd olunub ki, Gəncədə təşkil olunan əmək yarmarkasında 35 müəssisə tərəfindən 300-ə yaxın vakansiyalar təqdim edilib.

Daha sonra vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar. Yeni peşəyə yiyələnmək istəyən vətəndaşlara isə Agentlik tərəfindən işəgötürənlərlə əməkdaşlıq çərçivəsində tədrisi həyata keçirilən kurslar barədə məlumat verilib.

Keçidlər