Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə növbəti “Əmək yarmarkası” keçirilib

20 iyul 2023 | 15:21

Gəncədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün növbəti əmək yarmarkası təşkil edilib. Gəncə-Daşkəsən Regional Məşğulluq filialı tərəfindən təşkil edilən aktiv məşğulluq tədbirində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, millət vəkilləri Pərvin Kərimzadə və Müşfiq Cəfərov, həmçinin idarə müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Məşğulluq tədbirində çıxış edən Niyazi Bayramov keçirilən bu cür əmək yarmarkalarının işsiz əhalinin məşğulluğunun təmin edilməsində xüsusi rola malik olduğunu bildirib. O qeyd edib ki, tədbirin əsas məqsədi işsiz və işaxtaran vətəndaşların, əmək bazarına çıxışını dəstəkləməkdir.

Mustafa Abbasbəyli Gəncədə təşkil olunan əmək yarmarkasında 80 müəssisə tərəfindən 800-dən artıq vakansiyanın təqdim edildiyini bildirib. O, işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin edilməsi istiqamətində Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən layihələrdən danışıb.

Çıxışçılar regionlarda bu cür “Əmək yarmarkaları”nın keçirilməsini müsbət hal kimi dəyərləndirib, iş axtaran və işəgötürənlərə uğurlar arzulayıblar.

Vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar. Yeni peşəyə yiyələnmək istəyən vətəndaşlara isə Agentlik tərəfindən işəgötürənlərlə əməkdaşlıq çərçivəsində tədrisi həyata keçirilən kurslar barədə məlumat verilib.

Keçidlər