Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə növbəti əmək yarmarkası keçirilib

28 dekabr 2023 | 18:09

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bölgələrdə əmək yarmarkalarının təşkili davam etdirilir. Gəncədə növbəti əmək yarmarkası baş tutub.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev və digər rəsmilər iştirak ediblər.

Gəncə-Daşkəsən Regional Məşğulluq filialı tərəfindən Gəncə şəhərində təşkil edilən aktiv məşğulluq tədbiri Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə baş tutub.

Yarmarkada 28 müəssisə iştirak edib və 150 vakansiya təqdim olunub.

İşəgötürənlər tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunacaqlar.

Tədbirdə həmçinin işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq istiqamətləri və müraciət qaydaları barədə də məlumat verilib.

Keçidlər