Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə növbəti əmək yarmarkası təşkil olunub

28 fevral 2024 | 16:02

Gəncədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialı tərəfindən işsiz və işaxtaran şəxslər üçün növbəti əmək yarmarkası təşkil edilib. YAP Gəncə şəhər təşkilatının inzibati binasında təşkil edilən aktiv məşğulluq tədbirində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini, Gəncə şəhəri üzrə məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin sədri Adil Tağıyev, Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialının nümayəndələri, həmçinin idarə və müəssisə rəhbərləri iştirak ediblər.

Keçirilən bu cür əmək yarmarkalarının işsiz əhalinin məşğulluğunun təmin edilməsində xüsusi rola malik olduğu bildirilib. Qeyd olunub ki, tədbirin əsas məqsədi işsiz və işaxtaran vətəndaşların, əmək bazarına çıxışını dəstəkləməkdir. Çıxış edənlər regionlarda bu cür “Əmək yarmarkaları”nın keçirilməsini müsbət hal kimi dəyərləndirib, işaxtaran və işəgötürənlərə uğurlar arzulayıblar.

Qeyd edək ki, əmək yarmarkasında 12 müəssisə tərəfindən 100-ə yaxın vakansiya təqdim edilib.

Müraciət edənlərə işəgötürənlər tərəfindən müvafiq vakansiyalara dair tələblər barədə ətraflı məlumat verilib. Vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.

Keçidlər