Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə növbəti səyyar qəbul keçirilib

05 may 2023 | 08:48

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 31 nömrəli tam orta məktəbdə növbəti dəfə vətəndaşlarla görüşüb. Görüşdən əvvəl təhsil müəssisəsinin şəhid məzunlarının xatirəsinə yaradılan güşə ziyarət olunub, önünə tər çiçəklər düzülüb.

Qəbulda Millət vəkili Müşfiq Cəfərov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəsisə, təşkilat rəhbərləri iştirak ediblər.

Səyyar görüşdə iştirak edən şəhər sakinlər onları narahat edən məsələləri gündəmə gətiriblər. Səsləndirilən müraciətlərdə işlə təminat, müalicə, fərdi yaşayış evinin təmiri, mənzil növbəliliyi və digər məsələlər üstünlük təşkil edib.

Niyazi Bayramov vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər qeydiyyata alınaraq, aidiyyəti qurumlara həvalə edilib.

Vətəndaşlar səyyar qəbuldan razı qaldıqlarını bildirib, problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər