Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə Özbəkistan Respublikasının Fəxri konsulluğunun açılış mərasimi olub

22 aprel 2024 | 11:10

Açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Așrafxanov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Özbəkistanın Azərbaycandakı konsulu Abdulaziz Voxidov, Qərb bölgəsi üzrə fəaliyyət göstərən yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Rəsmi açılışda çıxış edən qonaqlar Azərbaycanla Özbəkistan arasında daim dostluq münasibətlərinin mövcud olduğunu bildiriblər. Qeyd olunub ki,  Gəncə şəhərində Özbəkistan Respublikasının Fəxri konsulluğunun açılması da öz növbəsində ölkələrimiz arasında olan münasibətlərə müsbət təsirini göstərəcəkdir.  Həmçinin, bu fəaliyyət Gəncə ilə Özbəkistanın şəhərləri arasında iqtisadi və mədəni əlaqələrin qurulmasında faydalı olacaqdır.

Çıxışlardan sonra rəsmilər Fəxri konsulluğun binasına baxış keçirib, burada yaradılan şəraitlər tanış olublar.

Qeyd edək ki, Özbəkistanın Gəncədəki Fəxri konsulu Kənan Cəlilovdur. Şəhərin Təbriz küçəsində yerləşən konsulluğun fəaliyyətə başlaması Qərb bölgəsində yaşayan Özbəkistan vətəndaşlarının rəsmi işlərini asanlaşdıracaqdır.

 

Keçidlər