Gəncədə partiya fəalları ilə görüşlər davam edir
Gəncənin Hacıkənd qəsəbəsində 65 saylı ərazi partiya təşkilatının ərazi ilk partiya təşkilatlarının fəalları ilə görüş keçirilib. Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçının birinci müavini Səməd Tomuyev və partiya fəalları iştirak ediblər.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Bayram Aslanov bildirib ki, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının partiya fəalları fəaliyyətləri dövründə Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin tövsiyə və tapşırıqlarına əməl edərək ölkəmizin çiçəklənməsi və tərəqqisi naminə çalışıblar. Bu gün Yeni Azərbaycan Partiyasının sıraları durmadan artır. Gəncədə partiyaya gənclərin axını və ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etməsi gəncəlilərin Yeni Azərbaycan Partiyasına məhəbbət və sədaqətinin bariz nümunəsidir.
Səməd Tomuyev tədbir iştirakçılarını Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından salamlayaraq, Yeni Azərbaycan Partiyasının qazandığı uğurlardan, partiyanın gündən-günə artan nüfuzundan söhbət açıb. Partiya üzvlərinin şəhərin ictimai-siyasi, mədəni və digər sahələrində fəal iştirak etdiyini, köməklərini əsirgəmədiklərini qeyd edib.
Görüşdə çıxış edın natiqlər Azərbaycanın son illərdə keçdiyi şərəfli yol – iqtisadi, sosial göstəricilərinə görə əzəmətli inkişaf mərhələsi kimi tarixə düşdüyünü diqqətə çatdırıblar.
Qəsəbə sakinləri öz növbələrində göstərilən diqqətə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürlərini bildiriblər.
Daha sonra partiya fəallarının fikir və təklifləri dinlənilib, qaldırılan məslələrlə bağlı müzakirələr aparılıb.