Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə “Peşə və sahə assosiasiyalarının yaradılmasının dəstəklənməsi” ilə bağlı növbəti iclas keçirilib

05 fevral 2024 | 10:11

İclas Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı keçirilib. Toplantıda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Gəncə-Daşkəsən Məşğulluq filialının, Dövlət Sosial Müdafiə Fondu PHŞ-in Gəncə-Daşkəsən Regional filialının, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə-Daşkəsən Regional şöbəsinin, DİİXİHİ Gəncə Şəhər Komitəsinin, Gəncə şəhər ərazisində yerləşən bələdiyyələrin və Peşə Təhsil Mərkəzlərinin əməkdaşları iştirak ediblər.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla reallaşdırılan dövlət siyasətinin başlıca istiqaməti əhalinin rifah səviyyəsinin yüksəldilməsi, məşğulluğunun təmin edilməsidir. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 13 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı” xüsusi əhəmiyyət kəsb edir.Gəncə şəhərində də, məşğulluğun təmin olunması sahəsində bir sıra tədbirlərin həyata keçirilir. Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə Gəncə şəhəri üzrə Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsi, həmçinin Dövlət Məşğulluq Agentliyinin tabeliyində Gəncə Peşə Hazırlığı Mərkəzi PHŞ yaradılıb. Gəncə şəhəri üzrə “Dost İş Mərkəzi” tərəfindən işə qəbul zamanı aztəminatlı ailələrin, həssas qruplardan olan ailələrin, xüsusilə şəhid və müharibə əlillərinin ailə üzvlərinə üstünlük verilir.

Yekunda Peşə və sahə assosiasiyalarının yaradılmasının qeyri-formal məşğulluğun aradan qaldırılması, məşğulluğun təmin olunması sahəsində, eyni zamanda Gəncə şəhərinin sosial-iqtisadi cəhətdən inkişafına, əhalinin rifahının yüksəlməsinə təkan vercəyinə inam ifadə olunub.

Qeyd edək ki, iclas Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2020-ci il tarixli, 1816 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın 4.5-ci bəndinin (Peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsi) icrasının təmin edilməsi məqsədi daşıyıb.

 

Keçidlər