Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə qanunsuz küçə ticarəti ilə bağlı reyd keçirilib

19 iyul 2023 | 15:02

Gəncədə qanunsuz küçə ticarəti hallarına qarşı mübarizə tədbirləri çərçivəsində reyd keçirilib. Reyddə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Teymur Hacıyev iştirak ediblər.

Səkiləri, eyni zamanda, yol kənarlarını zəbt edərək piyadaların və nəqliyyatın hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olanlara qarşı keçirilən reyd şəhərin müxtəlif ərazilərini, xüsusi ilə Heydər Əliyev, Nizami Gəncəvi və Şah İsmayıl Xətai prospektlərini əhatə edib.

Reyd zamanı qanunsuz küçə ticarəti ilə məşğul olanlarla izahedici söhbətlər aparıblıb, xəbərdarlıq edilib.

Keçidlər