Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə qanunsuz küçə ticarəti ilə məşğul olanlara qarşı tədbirlər davam etdirilir

04 mart 2025 | 14:14

Xəbər verdiyimiz kimi, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə yaradılan “İşçi qrupları” tərəfindən pərakəndə ticarət hallarının geniş yayıldığı ərazilərdə reydlər keçirilir, aşkar edilmiş neqativ halların qarşısının alınması məqsədi ilə qanunamüvafiq tədbirlər görülür.

Ötən günlər ərzində Heydər Əliyev və Atatürk prospektlərində, o cümlədən M.A.Abbaszadə və Əttarlar küçələrində qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərlə maarifləndirici və izahedici söhbətlər aparılıb. Nəticəsində bir çox ərazidə səki və yol kənarlarında qurulan pərakəndə ticarət obyektlərinin, həmçinin ticarət köşklərinin və mağazaların qarşısına qoyulan soyuducuların yığışdırılması təmin olunub. 

Aparılan izahedici söhbətlərə və edilən xəbərdarlığa məhəl qoymayan şəxslər barəsində isə Azərbaycan Respublikasının “İnzibati Xətalar Məcəlləsinin” 454-cü maddəsinə uyğun olaraq protokollar tərtib edilib.

Keçidlər