Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədə qanunsuz küçə ticarətinin geniş yayıldığı ərazilərdə mütəmadi reydlər keçirilir

15 iyul 2025 | 15:58

Gəncə şəhərində qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə mütəmadi olaraq reydlər təşkil olunur. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən yaradılmış işçi qrupları tərəfindən bu dəfə Atatürk prospekti, Bağmanlar, Ozan və 28 May küçələrində monitorinqlər aparılıb.

Reydlər zamanı qanunsuz ticarətlə məşğul olan şəxslərlə maarifləndirici və izahedici söhbətlər keçirilib. Nəticədə, bəzi ərazilərdə səki və yol kənarlarında qurulmuş pərakəndə ticarət obyektləri ləğv edilib.

Eyni zamanda, xəbərdarlıq və izahedici tədbirlərə məhəl qoymayan şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə uyğun olaraq müvafiq protokollar tərtib edilib.

Qeyd edək ki, şəhər sakinlərinin rahat və təhlükəsiz hərəkətini təmin etmək, həmçinin sanitariya-gigiyena qaydalarına əməl olunmasına nəzarəti gücləndirmək məqsədilə bu istiqamətdə tədbirlər davam etdiriləcək.

 

Keçidlər