Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədə qanunsuz tikililərlə bağlı reydlər keçirilib

04 mart 2023 | 12:55

Gəncə şəhərində torpaq zəbti və qanunsuz tikintilərlə bağlı reydlər davam edir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, general-mayor Teymur Hacıyev və Aparatın məsul əməkdaşları şəhərin Mahrasa bağı yaşayış massivində, 28 may və Eminbəyli küçələrində olublar.

Reydlər zamanı qanunun tələblərinə uyğun olmayan formada tikinti aparan sakinlər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq protokollar tərtib edilib. Bununla yanaşı onlarla maarifləndirici söhbətlər aparılaraq, qanunun tələbləri onlara izah olunub.

Qeyd edək ki, reydlər mütəmadi şəkildə davam etdiriləcək.

Keçidlər