Gəncədə qanunsuz tikintilərə qarşı aparılan monitorinqlər davam etdirilir
06 avqust 2024 | 09:32
Monitorinqlər Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, Əmlak Məsələlər Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə aparılır.
Həyata keçirilən növbəti monitorinqlər zamanı, şəhərin M.C.Paşayev küçəsində yerləşən qeyri-yaşayış obyektinin önündə quraşdırılan talvar qeyri-qanuni olduğu üçün sökülüb.
Qeyd edək ki, aparılan monitorinqlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcəkdir.