Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə qanunsuz tikintilərə qarşı monitorinqlər aparılır

04 sentyabr 2024 | 14:22

Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə qanunsuz tikintilərlə bağlı növbəti monitorinqlər keçirilib.

Həyata keçirilən növbəti monitorinqlər zamanı şəhərin Məhsəti qəsəbəsində və Nəriman Nərimanov prospektində müvafiq icazəverici sənədləri olmadan tikintisi aparılan yaşayı və qeyri-yaşayış sahələri aşkarlanıb. Həyata keçirilən qanunamüvafiq tədbirlərlə sözügedən obyektlərin bəzilərində aparılan tikinti işləri dayandırılıb, digərlərinin isə söküntüsü təmin edilib.

Qeyd edək ki, aparılan monitorinqlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcəkdir.

 

 

 

Keçidlər