Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə qanunsuz tikintilərlə bağlı aparılan monitorinqlər davam edir

21 noyabr 2024 | 16:06

Gəncə şəhərində müvafiq icazəverici sənədləri olmadan tikinti aparan şəxslərə qarşı monitorinqlər bu həftə əzrində də davam etdirilib. Belə ki, Gəncənin Cavadxan qəsəbəsində, Səbuhi Əliyev küçəsində, həmçinin şəhərin Şıx düzü adlanan ərazisində qeyri-qanuni tikintisi aparılan yaşayış sahələri aşkarlanaraq, müvafiq tədbir görülüb və dövlət torpağının zəbtinin qarşısı alınıb.

Qeyd edək ki, monitorinqlər Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, Əmlak Məsələlər Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə aparılır. Aparılan monitorinqlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcəkdir.

Keçidlər