Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə “Qəhrəman Muxtar Qasımlı” sənədli filminin təqdimatı olub

08 dekabr 2023 | 18:51

YAP Gəncə şəhər təşkilatında “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) baş sponsorluğu ilə ərsəyə gətirilmiş, Vətən müharibəsi şəhidi Muxtar Qasımlıya həsr olunan “Qəhrəman Muxtar Qasımlı” sənədli filminin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Aparatın məsul əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları və Gəncə şəhərində fəaliyyət göstərən ali təhsil ocaqlarının tələbələri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin YAP Gəncə şəhər təşkilatının inzibati binasında olan büstü ziyarət olunub, önünə tər çiçəklər düzülüb, ruhuna dərin ehtiram ifadə edilib.

Filmin təqdimat mərasimi Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra YAP Gəncə şəhər təşçkilatının könüllüləri tərəfindən vətənpərvər ruhda hazırlanmış rəqs və şeirlər təqdim edilib.

Çıxışlardan sonra “Qəhrəman Muxtar Qasımlı” sənədli filmi nümayiş olunub. Ekran işində şəhid Muxtar Qasımlının təkcə döyüş yolu deyil, bütün ömür səhifələri vərəqlənib, onun uşaqlıq dövrü, məktəb illəri, idman sahəsində əldə etdiyi uğurlar, iş həyatı filmin süjet xəttini təşkil edib. Müharibəyə Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti kimi qatılan Muxtarın döyüş yolu düşmənin müdafiə səddinin yarıldığı Füzulidə başlayıb və rayonun Alxanlı kəndində sona çatıb. 2 oktyabr 2020-ci il tarixində Silahlı Qüvvələrimizin baş leytenantı Muxtar Qasımlı qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb.

Qeyd edək ki, filmin prodüseri şəhid Muxtar Qasımlının atası Əli Qasımov, bədii rəhbəri Almaz Qasımova, filmin rejissoru və ssenari müəllifi Ruslan Mollayevdir.

AzerGold” QSC-də Mühafizə xidmətində çalışmış Muxtar Qasımlı haqqında çəkilən “Qəhrəman Muxtar Qasımlı” sənədli filmi şəhidimizi ictimaiyyətə daha yaxından tanıtmaq, yeni nəslin Muxtar kimi mərd, cəsur, yüksək vətənpərvərlik ruhunda tərbiyə olunmasına töhfə vermək məqsədi daşıyır.

Keçidlər