Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə “Qərb regionunun sənaye tullantıları və ətraf mühit” mövzusunda Respublika elmi konfransı keçirilib

18 noyabr 2024 | 17:42

Konfrans Gəncə Şəhər İcra Hakimiyyətinin,  Elm və Təhsil Nazirliyinin dəstəyi və AR ETN Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun təşkilatçılığı ilə AMEA Gəncə Bölməsində gerçəkləşib.

Konfransdan əvvəl iştirakçılar Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun elmi nailiyyətlərinə həsr olunan sərgiyə baxış keçiriblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin sələndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. AR ETN Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun yaranması və fəaliyyəti haqqında videoçarx nümayiş olunub.

Ekologiya və Təbii Ehtiyatlar instiunun direktoru, AMEA-nın Rəyasət Heyətinin üzvü, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev çıxışında konfransın gedişatı haqqında məlumat verib. O qeyd edib ki, konfransa Bakı, Sumqayıt və Gəncədə fəaliyyət göstərən bir sıra elmi-tədqiqat və ali təhsil ocaqlarını təmsil edən alim və araşdırmaçılar qatılıb. Fuad Əliyev ölkəmizdə noyabrın 12-dən başlayaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına start verildiyini diqqətə çatdırıb və həmin tədbirdə səslənən çağırışların alimlərimizin qarşısında yeni vəzifələr qoyduğunu vurğulayıb.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşı Sənubər Qocayeva çıxışında konfrans iştirakçılarını şəhər rəhbəri Niyazi Bayramovun adından salamlayaraq konfransın gedişatına uğurlar arzulayıb.  O, bu elmi tədbirin COP29 çərçivəsində keçirilməsinin əhəmiyyətindən bəhs edib.

Bitki Mühafizə və Texniki Bitkilər İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, aqrar elmlər doktoru, professor İbrahim Cəfərov da qeyd edib ki, alimlərimizin, elm ocaqlarımızın qarşısında dünyanı təhdid edən iqlim anomaliyası, ekoloji böhran, onların təbii resurslara, ərzaq təminatına təsiri və digər bu kimi məsələlərlə bağlı problemlərin ölkəmizin, onun bölgələrinin həyati məsələlərinə təsirinin minimuma endirilməsi üzrə aktual vəzifələr durur.

Konfransda Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun direktor müavini, kimya elmləri namizədi, dosent Mahirə Şərifova, Neft-Kimya Prosesləri İnstitutundan texnika elmləri doktoru, professor Təranə Məmmədov, kimya elmləri doktoru Füzuli Nəsirov, Aşqarlar Kimyası İnstitutundan Könül Qəhrəmanova, Bioresurslar İnstitutundan (Gəncə) kimya üzrə fəlsəfə doktorları, dosentlər İmran Qasımov və Aişə Süleymanova, Ekologiya və Təbii Ehtiyatlar İnstitutundan texika üzrə fəlsəfə doktoru İlahə Cəfərova və digər alimlər mövzu ilə bağlı geniş çıxışlar ediblər.

Aktual problemlər haqda ətraflı məruzə və çıxışlara görə konfransın fəal iştirakçılarına sertifikatlar təqdim olunub.

Qeyd edək ki, Respublika elmi konfransına təqdim edilən 70-dən çox elmi məruzədən 48-i qəbul edilib.

 

Keçidlər