Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə Qərbi Azərbaycan İcmasının yerli nümayəndələyinin təşəbbüsü ilə toplantı keçirilib

20 fevral 2025 | 17:40

Toplantıda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Qərbi Azərbaycan İcmasının Gəncə şəhəri üzrə nümayəndəsi Mübariz Yusifov, şəhərdə fəaliyyət göstərən universitet rektorları, kollec direktorları, idarə, müəssisə, təşkilat rəhbərləri və ziyalılar iştirak ediblər.

Tədbirdə bildirilib ki, Prezident İlham Əliyevin Qərbi Azərbaycana Böyük Qayıdış ideyasının həyata keçirilməsi istiqamətində mühüm işlər görülür. Bu baxımdan İcmanın fəaliyyəti və qəbul edilən “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” böyük əhəmiyyətə malikdir.

Qərbi Azərbaycan İcmasının Gəncə şəhər üzrə nümayəndəliyi tərəfindən də müvafiq təbliğat-təşviqat işləri aparılır. Belə ki, ötən il ərzində icmanın yerli nümayəndəliyi tərəfindən “Qərbi Azərbaycana Böyük Qayıdış həyati reallıqlar”, “Ermənilərin Qərbi Azərbaycanda törətdiyi saxtakarlıqlar” və sair mövzularda tədbirlər keçirilb, tələbə-gənclər və şagirdlərlə görüşlər təşkil olunub. Bununla yanaşı, təbliğat-təşviqatın genişləndirilməsi məqsədi ilə professor Mübariz Yusifov tərəfindən 10-dan çox məqalə hazırlanaraq dərc edilib.

Toplantıda icmanın fəaliyyəti, görülən işlərin təhlili və qarşıda duran vəzifələrin müzakirəsi aparılıb.

Qeyd edək ki, Qərbi Azərbaycan İcması — Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaq üçün yaradılan birlikdir.

Keçidlər